Sevgisiz intim – 7  ƏLAMƏT
    • 12-03-2019, 14:50
    • 2 871

Sevgisiz intim – 7 ƏLAMƏT

Onun sizi sevdiyini yoxsa sizdən seks üçün istifadə etdiyini necə anlamaq olar?

News24.az sevgisiz intim əlaqənin 7 əsas əlamətini təqdim edir:

1.Eqoist

Əgər intim münasibət zamanı tərəfmüqabiliniz özünü tamamilə prosesə aid edibsə, bu, çox yaxşıdır. Bu zaman baş verə biləcək ən pis hal onun yalnız öz ehtiyacını ödəməsini düşünməsidir.

O, sizi dinləmir, xahişlərinizi yerinə yetirmir və ancaq öz istəyinə nail olmaq istəyir.

2. Orqazm mifik varlıqdır

O, hər şeyi özü üçün edir və ən tez vaxtda kuliminasiyaya çatmaq istəyir.

İstəyinə çatdıqdan sonra isə o sizi tərk edir və vəziyyətinizlə maraqlanmır.

3.Xoşuna gəldi?

Əgər intim əlaqədən razı qalıb, qalmadığınızdan əmin deyilsə, o zaman bu sualı hörmət əlaməti olaraq qəbul etməlisiniz. Sevən şəxs qarşı tərəfin həzz aldığını hiss etməlidir.

4.İntim anlar

Seksdən sonrakı zaman aralığı prosesin özü qədər vacibdir.

Misal üçün, intim əlaqədən sonra sizinlə hamam otağına getməkdən imtina edirsə, bunun əvəzində yataqda uzanıb telefonuna baxırsa, o zaman sevgiliniz sizinlə intim anları yaşamaq istəmir deməkdir.

5.Kontrasepsiya

Sevən cütlüklər bu haqda daha çox ailə planlanması zamanı düşünürlər.

Əgər sevgiliniz qoruyucusuz intim əlaqə təklif edirsə və düşünürsə ki, qorunmaq barədə ancaq siz fikirləşməlisiniz, bu onun sizinlə gələcək münasibət düşünmədiyi mənasına gəlir.

Sizin ondan hansısa xəstəliyə yoluxmanız və arzuolunmaz hamiləliklə üz-üzə qalmanız onu maraqlandırmır.

6.Anatomiya dərsi

Əlaqə zamanı sizin üzərinizdə dominantlıq edir və sizi yönləndirir? Deməli onu sizin anatomiyanız, həzz almağınız maraqlandırmır.  

7.Tez ol!

İntim əlaqənin tez bitməsini istəyirsiniz? O zaman anlamalısınız ki, bu sevgi deyil.