-
- 12-03-2019, 15:12
- 1 505
Kamil Zeynallının köməkçisindən açıqlama: "İki gündür saxlanıb"
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Kamil Zeynallı Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilib.
News24.Az bildirir ki, olayla ilə bağlı "Yenicag"-a açıqlama verən Kamilin dostu Razim Qarayev bunları deyib:
“Kamil dünəndən saxlanılıb, 8 sutkadan sonra buraxılacaq. Onun söyüş söyməsi ilə bağlı xəbər yanlışdır. Kamil sadəcə olaraq yüksək səslə telefonla danışaraq, asayişi pozub. Buna görə də saxlanılıb”.
Köməkçisi Kamil Zeynallının bir müddət əvvəl tanışı ilə borc üstündə mübahisə etməsi və tanışının onu məhkəməyə verməsi xəbərini də təkzib edib:
“Yalan söhbətdir. Kamil borca görə heç kimlə mübahisə etməyib. Boş-boş sözlərdir”.