Helikopter qəzaya uğradı: 3 hərbçi öldü
    • 4-09-2023, 16:58
    • 144

Helikopter qəzaya uğradı: 3 hərbçi öldü

Pakistanın Bəlucistan əyalətində Hərbi Dəniz Qüvvələrinə aid helikopter qəzaya uğrayıb, helikopterdə olan 3 əsgər həyatını itirib.

News24.az xəbər verir ki, Pakistan Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir ki, təlim uçuşu həyata keçirən hərbi helikopter Qvadar əyalətində qəzaya uğrayıb. 

Açıqlamada helikopterin texniki nasazlıq səbəbindən qəzaya uğradığı, ikisi Pakistan Hərbi Dəniz Qüvvələrindən yüksək rütbəli 3 əsgərin həyatını itirdiyi bildirilib.

Hadisə ilə bağlı əlavə təfərrüat verilməyən açıqlamada qəza ilə bağlı araşdırma başlanıldığı açıqlanıb.

Aydan