Ceyhun Bayramov macarıstanlı həmkarı ilə görüşündən yazdı
    • 4-09-2023, 17:20
    • 173

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə görüşündən yazdı

"Azərbaycanla Macarıstan arasında Strateji Dialoqun ilk iclasını çox məhsuldar keçirdik və çoxşaxəli əməkdaşlığımızın daha da dərinləşdirilməsinə dair hərtərəfli müzakirələr apardıq".

News24.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "X" hesabında paylaşıb.

"Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşməkdən məmnunam", - XİN başçısı vurğulayıb.

Qeyd edək ki, nazirlər Azərbaycanla Macarıstan arasında Strateji Dialoqun ilk iclasının keçirilməsinə dair protokol imzalayıblar.