-
- 4-09-2023, 17:47
- 303
"Psixoloq və sosioloqların sayı artdıqca keyfiyyəti azalır" - Kriminalist
Son günlər Bakıda intiharların sayı artıb. Xüsusən, son həftə yeniyetmələrin ard-arda intiharı cəmiyyətdə böyük narahatlıq yaratdı. Çox qəribədir ki, intihar edənlərin çoxu eyni üsuldan istifadə edir və eyni yaş aralığındadırlar. İntihar hallarına dünyanın bütün ölkələrində və müxtəlif yaş qruplarında rast gəlinir. Səbəblərə psixoloji, sosioloji, bioloji, ailə-məişət faktorları, genetik problemlərin olması kimi halları aid etmək olar. Sözsüz ki, insanın harada yaşamasından asılı olmayaraq, onun üzləşdiyi problemlər, xüsusilə, sosial – psixoloji problemlər demək olar ki, eynidir.
Mövzu ilə bağlı News24.az-a danışan sabiq polis rəisi, ekspert-kriminalist Mahmud Hacıyev bildirdi ki, bütün intihar hallarında hadisə yerinə birinci hüquq mühafizə orqanları gedir.
"Daha sonra prokurorluq əməkdaşları işi icraata götürür, araşdırma aparır ki, ölən şəxsi kimsə özünü öldürmə dərəcəsinə gətirib çıxarıbmı? Əgər araşdırma nəticəsində məlum olsa ki, kimsə mərhumu bu həddə çatdırıb o zaman cinayət işi açılır".
Onun sözlərinə görə, bu məsələyə sosioloq və psixoloqlar qarışmalıdır.
"Son vaxtlar ölkəmizdə sosioloq və psixoloqlar artıb. Amma kəmiyyət artdıqca keyfiyyət azalır. Yüzlərlə psixoloq və sosioloq var amma biri yüzə, yüzü birinə dəymir. Bu halların baş verməsinin qarşısının alınmasında onların rolu çox böyükdür. Kompleks qayda da araşdırma aparıldıqdan sonra, fikir bildirmək olar ki, hadisə necə baş verib".
Aydan