Uşaqlar arasında intihar halları artır
    • 7-07-2022, 11:24
    • 306

Uşaqlar arasında intihar halları artır

Son üç ildə Rusiyada uşaqların intiharı və intihara cəhd hallarının sayı 13 faizədək artıb.

News24.az "RBK"ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Uşaq Ombudsmanı Mariya Lvova-Belova 2021-ci üzrə hazırladığı hesabatda bildirib.

Hesabata əsasən, son üç ildə intihar və cəhd halları 3 253-dən 3 675-dək, başqa sözlə 13 faiz artıb. Bundan əlavə, təkrar intihar cəhdləri isə 188-dən 362-dək, başqa sözlə 92,5 faizədək yüksəlib.

Rusiyanın Uşaq Ombudsmanı ölkənin İstintaq Komitəsinin göstəricilərinə istinadən bildirib ki, 2020-ci illə müqayisədə 2021-ci ildə yetkinlik yaşına çatmayanların intihar halı 37,4 faiz artaraq 753-ə çatıb. Qeyd olunub ki, uşaqlar arasında intihar halları ilə bağlı 2018-ci ildə 788, 2019-cu ildə 737, 2020-ci ildə isə 548 hadisə qeydə alınıb.

2021-ci ildə uşaqların intiharı haqqında Rusiya Statistika İdarəsində heç bir məlumat yoxdur.