-
- 4-09-2023, 22:22
- 248
Şoyqu Umerovun təyinatından danışdı
Ukraynada hər şey Vaşinqtonun nə deməsindən asılıdır, kimin müdafiə naziri olacağından yox...
News24.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.
“Hər şey Vaşinqtonun nə deməsindən asılıdır. Nə deyəcəklər, elə də olacaq. Onlar (Ukrayna hakimiyyəti - red.) hər gün nazirləri dəyişə bilər”, - Şoyqu bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Krım tatar türkü Rüstəm Umerovun müdafiə naziri təyin edilməsi barədə qərar qəbul edib.