Ukraynada məktəbli qızlar sovet forması GEYİNDİ
    • 5-09-2023, 10:37
    • 431

Ukraynada məktəbli qızlar sovet forması GEYİNDİ

Çernivtsində yeniyetmə qızlar SSRİ dövründən qalma məktəbli formaları geyinib.

News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Məlumatda bildirilib ki, məktəbli qızların geyimi isə insanlar tərəfindən birmənalı qarşılanmayıb və bu, ciddi etiraza səbəb olub.  

Şəhərin məmurlarından biri qızlardan önlüklərini naxışlı köynəklərə dəyişmələrini tələb edib. Eyni zamanda yoldan keçən bəzi şəxslər də polisə müraciət edərək məktəbli qızların valideynlərini məsuliyyətə cəlb edilməsini istəyib.

Qeyd olunur ki, hazırda Ukraynada uşaqların məktəbdə hansı paltarı geyinməli olduğunu tənzimləyən sənəd yoxdur.

Aynurə