-
- 5-09-2023, 10:58
- 284
“Mən yanımda həyat yoldaşımı istəyirəm” - Yelena Zelenskaya
“Mən yanımda tarixi şəxsiyyət yox, həyat yoldaşımı istəyirəm”.
News24.az xəbər verir ki, bunu Ukraynanın birinci xanımı Yelena Zelenskaya BBC-yə müsahibəsində deyib.
O bildirib ki, ailəsi ilə birlikdə vaxt keçirə bilmir:
İndi o, ərinin"tarixi şəxsiyyət" olmasını heç xəyal etmədiyini, onun üçün darıxdığını və ərinin onun yanında olmasına ehtiyac duyduğunu söyləyib.
Yelena Zelenskaya bildirib ki, həyat yoldaşının həqiqətən də bu müharibədən keçmək üçün enerjisi, iradəsi, ilhamı və inadkarlığı var:
"Mən ona inanıram. Və onu dəstəkləyirəm. Bilirəm ki, onun kifayət qədər gücü var. Mən tanıdığım hər bir insan üçün bu vəziyyətin daha çətin olacağını düşünürəm. O, həqiqətən çox güclü və möhkəm insandır".
Aynurə