-
- 5-09-2023, 12:03
- 257
Moskva aeroportunda PUA TƏHLÜKƏSİ
PUA hücumu ilə əlaqədar Moskva hava limanlarında 50-yə qədər reys gecikib, daha altı reys isə ləğv edilib.
News24.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Moskva vaxtı ilə təxminən səhər saat 6:00-a olan məlumata görə, Domodedovo hava limanında altı reys gecikib və iki reys ləğv edilib.
Vnukovada 17 reys yubanıb, bir reys ləğv edilib. Şeremetyevo hava limanında 23 reys gecikib, Jukovski hava limanında isə üç reys təxirə salınıb.
Aydan