Ermənistan bu ölkələrə səfir təyin etdi
    • 5-09-2023, 12:57
    • 102

Ermənistan bu ölkələrə səfir təyin etdi

Ermənistan prezidenti yeni səfirlərin təyinatı ilə bağlı fərmanlar imzalayıb.

News24.az “Sputnik Armenia”-ya istinadən xəbər verir ki, fərmanlara əsasən İsveç, Polşa və İraqa yeni səfirlər təyin edilib. Ölkənin Belçika və Avropa İttifaqındakı nümayəndəsi Anna Ağacanyan İsveçdəki səfir təyin edilib.

Ermənistanın İsveç, Danimarka, Norveç, İslandiya və Finlandiyadakı səfiri Aleksandr Arzumanyan geri çağırılaraq Polşaya səfir göndərilib. Misak Balasanyan isə İraqa səfir təyin edilib.

Qumral