Naxçıvanda 10 yaşlı uşağı avtomobil VURDU
    • 5-09-2023, 14:10
    • 110

Naxçıvanda 10 yaşlı uşağı avtomobil VURDU

Babək rayonunda 10 yaşlı uşağı avtomobil vurub.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Badaşqan kəndində qeydə alınıb. Belə ki, kənd sakini 2013-cü il təvəllüdlü Mehdizadə Ziya Ziyafət oğlu yolu keçərkən avtomobil vurub. Zərərçəkən təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.