Bakıda avtomobil 5 yaşlı uşağı VURDU
    • 30-08-2023, 11:10
    • 407

Bakıda avtomobil 5 yaşlı uşağı VURDU

Bakıda avtomobil 5 yaşlı uşağı vurub.

News24.az Report-a istinadən xəbər verir ki,hadisə rayonun Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2018-ci il təvəllüdlü Ağayeva Arzu Rövşən qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.