İtkin düşən soydaşlarımızın ailə üzvləri ŞUŞADA - FOTO
    • 5-09-2023, 14:22
    • 133

İtkin düşən soydaşlarımızın ailə üzvləri ŞUŞADA - FOTO

I Qarabağ müharibəsi zamanı itkin düşən soydaşlarımızın ailə üzvlərinin Şuşaya səfəri başlayıb.

News24.az Report-a istinadən xəbər verir ki, "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən səfərin əsas məqsədi Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş soydaşlarımıza aid olduğu hesab edilən kütləvi məzarlığı ziyarət etməkdir.

Səfərdə itkin düşmüş hesab edilən soydaşlarımızın 46 nəfərlik ailə üzvü iştirak edir.

Xatırladaq ki, cari ilin iyun ayında Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkarlanmışdı. Bu yaxınlarda Şuşa həbsxanası ətrafında aparılan qazıntı işləri zamanı daha 17 şəxsə aid ehtimal edilən insan skeleti qalıqları aşkarlanıb.

Bu vaxtadək işğaldan azad edilən Ağdam rayonunun Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndlərində, eləcə də Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkar edilib.