Hakan Fidan NATO-nun baş katibi ilə telefonla danışdı
    • 6-09-2023, 00:21
    • 211

Hakan Fidan NATO-nun baş katibi ilə telefonla danışdı

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün NATO-nun baş katibi Yens Stoltenberq ilə telefonla danışıb. 

News24.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, telefonla danışığında Ukraynadakı son hadisələr, Qara Dəniz Taxıl Təşəbbüsünün canlandırılması istiqamətində atılan addımlar və İsveçin NATO-ya üzvlüyü müzakirə edilib.

Günəş Mərd