-
- 6-09-2023, 10:09
- 240
Ermənistan ABŞ-la birgə hərbi təlimlər keçirəcək
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 11-dən Ermənistan ərazisində erməni-amerikan birgə hərbi təlimləri keçiriləcək.
News24.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə nazirliyi məlumat yayıb.
“Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində sentyabrın 11-dən sentyabrın 20-dək Ermənistanda “Zar” təlim mərkəzinin bazasında “Partner Eagle-2023” erməni-amerikan birgə hərbi təlimləri keçiriləcək" - Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.
Qeyd olunur ki, təlimlər sülhməramlı tapşırıqların icrası zamanı münaqişə tərəfləri arasında sabitləşdirmə əməliyyatlarını əhatə edir.
İdarədən qeyd olunub ki, sülhməramlı missiyalara hazırlıq çərçivəsində beynəlxalq sülhməramlı əməliyyatlara hazırlaşan bölmələr mütəmadi olaraq tərəfdaş ölkələrdə keçirilən analoji birgə hərbi təlimlərdə iştirak edirlər.
Aydan