Ermənistan və Rusiya hərbçiləri birgə təlimlər həyata keçirdi
    • 6-03-2023, 10:08
    • 184

Ermənistan və Rusiya hərbçiləri birgə təlimlər həyata keçirdi

Ermənistan və Rusiya hərbçiləri Ermənistanın hava məkanını qorumaq üçün birgə təlimlər həyata keçirib.

News24.az xəbər verir ki, bu barədə Ermənistan ordusunun Cənub Hərbi Dairəsindən bildirilib.

Rusiya aviasiya bazasının pilotları və hərbi bazasının hava hücumundan müdafiə (HHM) qüvvələrinin zenit bölmələri erməni hərbçilərlə birlikdə şərti hədəfləri aşkar edərək zərərsizləşdiriblər.

Həmçinin əlavə olunub ki, təlim zamanı hava sərhədlərinin qorunmasına xüsusi diqqət yetirilib.