-
- 6-09-2023, 11:33
- 279
Putinlə Paşinyan arasında təmaslar ciddi şəkildə MƏHDUDLAŞACAQ
“Azərbaycanla Ermənistan arasında real döyüş əməliyyatlarının baş vermə ehtimalı azdır. Biz son aylarda rus sülhməramlılarının təmkinini gördük. Amma Rusiya-Ermənistan münasibətlərindən danışsaq, o zaman perspektivlər yaxşı deyil”.
News24.az xəbər verir ki, bu sözləri Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, rusiyalı ekspert Dmitri Solonnikov “Moskva-Bakı”ya müsahibəsində deyib.
O qeyd edib ki, Paşinyan Ermənistanla NATO arasında daha da sıx yaxınlaşma üzərində işləyir.
“O, bu prosesi başa çatdırmalıdır, yoxsa nə vaxtsa ölkədə vəziyyət dəyişəcək. Ermənistan Ukrayna ssenarisinə yaxınlaşır. İrəvanın Roma Əsasnaməsini ratifikasiya etmək niyyəti Ermənistan və Qərbin bir daşla iki quş vurmaq istəyidir. Anti-Rusiya hərəkətləri də məqsədyönlü siyasətdir, davam edən anti-Azərbaycan fəaliyyətdir. Düşünürəm ki, indi Putinlə Paşinyan arasında təmaslar ciddi şəkildə məhdudlaşdırılacaq və Rusiya rəsmilərinin Ermənistana səfərləri azalacaq. Eyni zamanda, Rusiya-Ermənistan münasibətlərində problemlərin açıq şəkildə olduğu bir şəraitdə Rusiya-Azərbaycan münasibətləri müsbət görünür”, - eskpert bildirib.
Akqabay