Narişkin Rusiyanın təhlükəli rəqibindən danışdı:
    • 6-09-2023, 15:15
    • 160

Narişkin Rusiyanın təhlükəli rəqibindən danışdı: "SSRİ DAĞILANDAN SONRA RUSİYANI.."

“Bütün əvvəlki vədlər unuduldu, NATO Rusiya sərhədlərinə yaxınlaşdı. Rusiya iqtisadiyyatının, elminin, silahlı qüvvələrinin, mədəniyyətinin dağılmasına, əvvəllər dost olan sovet respublikalarının ayrılmasına və yenidən formatlaşdırılmasına başlanıldı, Rusiyanın siyasi institutları gözdən salındı, çılğın rusofob təbliğat aparıldı”.

News24.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

Narışkinin sözlərinə görə, SSRİ dağılandan sonra ABŞ yenidən Rusiyaya qarşı hiyləgər planı olan ölkələrin başında dayandı.

“Sovet İttifaqı dağılandan sonra ABŞ-ı əsassız olaraq tərəfdaş adlandırmağa başladıq, halbuki bu ölkə hazırda Rusiya dövlətinin ən təhlükəli və barışmaz rəqibidir”.

 Ayşən