İşğaldan azad olunan ərazilərdə tədris prosesi nə vaxt başlayacaq?
    • 6-09-2023, 16:15
    • 162

İşğaldan azad olunan ərazilərdə tədris prosesi nə vaxt başlayacaq?

İşğaldan azad olunan ərazilərdə tədris prosesi sentyabrın 15-də başlayacaq. 

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, Zəngilan rayonu Ağalı kəndi, Tərtər rayonu Talış kəndi, Füzuli, Laçın şəhəri, Laçın rayonu Zabux kənd tam orta məktəbində də tədris prosesi davam edəcək.

"2023-2024-cü tədris ilində işğaldan azad olunmuş ərazilərdə 6 məktəb fəaliyyət göstərəcək. Bu məktəblərdə ümumilikdə 780 şagird təhsil alacaq və onlara 94 müəllim dərs deyəcək".


Qumral