-
- 7-09-2023, 00:55
- 201
Almaniya Bosniya və Herseqovinanın Aİ-yə üzvlüyünü dəstəkləyir
Almaniya Bosniya və Herseqovinanın Avropa İttifaqına (Aİ) tamhüquqlu üzvlüyünü dəstəkləyir.
News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Almaniyanın Qərbi Balkan regionu üzrə xüsusi nümayəndəsi Manuel Sarrazin Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin bosniyalı üzvü Denis Beçiroviçlə görüşdə deyib.
İki ölkə arasındakı yaxşı münasibətlərdən məmnunluğunu bildirən D.Beçiroviç Almaniyanın Aİ-yə üzvlük yolunda ölkəsinə verdiyi dəstəyin əhəmiyyətini qeyd edib.
M.Sarrazin isə ölkəsinin Bosniya və Herseqovinanın Aİ-yə üzvlük yolunu dəstəklədiyini, bunun reallaşması üçün Avropa Komissiyasının müəyyən etdiyi 14 prioritet məsələnin həyata keçirilməsinin vacibliyini bildirib.
Xatırladaq ki, 2022-ci il dekabrın 15-də Bosniya və Herseqovinaya Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkə statusu verilib.