Azərbaycan Prezidenti Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib
    • 24-11-2018, 16:01
    • 990

Azərbaycan Prezidenti Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Milorad Dodikə təbrik məktubu ünvanlayıb.
 
Təbrik mətnində deyilir:  
"Hörmətli cənab Sədr,
Bosniya və Herseqovinanın milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, qarşıdakı fəaliyyətinizdə uğurlar, Bosniya və Herseqovinanın dost xalqına əmin-amanlıq və rifah diləyirəm".

//Report