Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub- VİDEO
    • 7-09-2023, 08:20
    • 186

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub- VİDEO

Sentyabrın 6-sı saat 23:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Bu barədə News24.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Ətraflı RTV-də: