-
- 7-09-2023, 11:26
- 264
Kürdəmirdə arvadına 18 bıçaq zərbəsi vuran kişi məcburi müalicəyə göndərildi
Kürdəmirdə həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxs məcburi müalicəyə göndərilib.
News24.az-məlumatına görə, bu barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsi hökm verib. Məhkəmə hesab edib ki. hadisəni törətməkdə təqsirləndirilən Rəcəb Bəkirov hadisəni törədərkən anlaqsız vəziyyətdə olub və hazırda da anlaqsızdır. Məhkəmənin hökmü ilə R. Bəkirov barəsində tibbi xarakterli məcburi tədbir tədbiq olunmaqla onaixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilib, qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.
İttihama görə, Kürdəmir rayon sakini Rəcəb Bəkirov ötən il oktyabrın 03-ü saat 11 radələrində Kürdəmir rayonu Sığırlı kəndi ərazisində 1989-cu il təvəllüdlü Durbəs Bəkirovanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Rəcəb Bəkirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Durbəs Bəkirovaya 18 bıçaq zərbəsi endirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Rəcəb Bəkirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Samir Əli