-
- 7-09-2023, 11:38
- 477
Sülh müqaviləsini imzalamağa hazırıq - Paşinyan
“Biz Azərbaycanla sülh sazişi imzalamağa hazırıq”.
News24.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 7-də hökumətin iclasında bildirib.
“Ermənistanın 2021-ci il dekabrın 14-də Brüsseldə, 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü ilin mayında Brüsseldə əldə olunmuş razılaşmalara, habelə Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin imzaladığı 9 noyabr 2020-ci ildəki üçtərəfli bəyannaməyə sadiqliyimizi vurğulayıram. Ermənistan tərəfi sülh gündəminə sadiqliyini ifadə edir. Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini həll etmək üçün beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi dialoqu və Laçın yolunun açılması vacibdir. Bütün bunlara əsaslanaraq Ermənistan Azərbaycanla sülh və münasibətlərin nizamlanması sazişini imzalamağa hazırdır. Ermənistan tərəfi sülh gündəminə sadiqliyini bildirir”, - Paşinyan bildirib.
Akqabay