Makron Ermənistana gəlməyəcək
    • 7-09-2023, 12:06
    • 188

Makron Ermənistana gəlməyəcək

Fransa prezidenti yaxın vaxtlarda Ermənistana səfər etməyi planlaşdırmır. 

News24.az xəbər verir ki, Fransanın İrəvandakı səfirliyi Makronun Ermənistana gözlənilən səfəri ilə bağlı məlumatı təkzib edib.

Bildirilib ki, Fransa prezidenti yaxın vaxtlarda Ermənistana səfər etmək fikrində deyil.

Bundan əvvəl media Makronun Ermənistan və Azərbaycana mümkün səfəri barədə məlumat yazmışdı. Qeyd olunurdu ki, səfər sentyabrın 9-10-na təyin edilib.

Akqabay