"Türkiyədə müəllim 1000 dollar maaş alır, bizdə isə..." - DEPUTAT
    • 7-09-2023, 15:00
    • 640

"Türkiyədə müəllim 1000 dollar maaş alır, bizdə isə..." - DEPUTAT

“Azərbaycanda müəllimlərin orta aylıq maaşı ölkə üzrə ümumi orta aylıq əmək haqqıdan aşağıdır. Elm və Təhsil Nazirliyinin məlumatına görə, yeni tədris ilin başlanğıcında müəllimlərin orta əmək haqqısı 830 manat olub. Bu ölkə üzrə orta aylıq əmək haqqından 10 faiz azdır. Qeyd edək ki, Avropada ən yüksək əmək haqqı alan müəllimlər Luksenburqda yaşayırlar: illik əmək haqqları 69,076 min avrodur. Daha sonra İsveçrə (66,972 min avro), Almaniya (54,129 avro) və Danimarka (47,980 avro) gəlirlər. Qardaş Türkiyədə bu ilin iyul ayının yekunlarına əsasən, orta məktəb müəllimlərinin illik maaşları 12 min dollardır. Bu qardaş ölkədə müəllimin orta hesabla ayda 1000 dollar maaş alması anlamına gəlir. Təbii ki, burada mülkiyyət növləri və bölgələr üzrə fərqlər da var. Bununla yanaşı, Türkiyədə müəllimlər öz ölkələrinin orta aylıq əmək haqqısı ilə müqayisədə təxminən 2 dəfə çox maaş alırlar. Qeyd edək ki. Türkiyədə minimum əmək haqqı (425 dollar) ilə ümumi orta aylıq maaş arasında fərq yüksək deyil”.

News24.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov müəllimlərin maaşı barədə danışarkən deyib. 

O bildirib ki, Azərbaycanda da müəllimlərin orta aylıq maaşının ölkə üzrə orta aylıq əmək haqqından daha yüksək olması vacibdir. 

“Təhsil ölkənin, cəmiyyətin və eləcə də iqtisadiyyatın inkişafında əsas lokomotivdir. Bunun üçün də təhsilverənlərin əməklərin daha yüksək qiymətləndirilməsi önəmlidir.

Müəllimlərin daha yüksək əmək haqqı almasına nail olunması üçün sertifikasiya imtahanlarında nəticələrin daha ədalətli və səmərli qiymətləndirilməsinə ehtiyac var. Mövcud qaydalara əsasən, sertifikatlaşdırma iştirak edib sualların 83.3 faizinə düzgün cavablandıran müəllim 50 faiz doğrusu olan ilə eyni əmək haqqı artımından faydalana bilir. 51 suala düzgün cavablandıran müəllimiz 35 faiz artımdan yaranlandığı halda, cəmi 1 düzgünü az, yəni 50 doğrusu (83.3 faiz nəticə) olan pedaqoqumuzun əmək haqqısında cəmi 10 faiz artım hesablanır.

Qeyd edək ki, son illər təhsilə ayrılan vəsaitin həcmində artımlar qeydə alınır. Bu sahədə dövlət siyasəti güclənməkdədir. Belə ki, bu ilin büdcəsindən ən çox vəsait ayrılan sahələrdən biri təhsildir. Təhsilə ayrılan məbləğ 2023-cü ildə 4 milyard 423 milyon manat təşkil edir Bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat (42,4 faiz) çoxdur.

Deməli, vəsait var. Sadəcə, daha səmərəli əmək haqqı sisteminin yaradılması ilə bağlı islahatlar daha da dərinləşməlidir”.

Ayşən