"Müəllimlərin orta aylıq əməkhaqqı 3 dəfə artıb" - Nazir
    • 27-02-2023, 15:10
    • 164

"Müəllimlərin orta aylıq əməkhaqqı 3 dəfə artıb" - Nazir

"Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqı təxminən 3 dəfə artıb. Sertikiasiyanın tətbiqindən sonra diferensiallaşmış əməkhaqqına keçmişik".

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, sertifikasiyadan bütün müəllimlər keçdikdən sonra orta aylıq əmək haqqı 790 manat olacaq: "Müəllim əməkhaqqına onun dərs keçdiyi saat və dövr təsir edir. 500 manata qədər əməkhaqqı olan müəllimlərin saatı çox azdır. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var".

Məhərrəm ƏLİYEV