Kraliçanın ən böyük istəyi nə olub?
    • 7-09-2023, 15:16
    • 247

Kraliçanın ən böyük istəyi nə olub?

Kraliça II Yelizaveta həmişə komediyaçı və ya parodist olmaq istəyib.

News24.az xəbər verir ki, bunu Britaniya podkasteri və kral ailəsinin bioqrafı Giles Brendret deyib. Kraliçanın komediya ustası Corc Formbi ilə tanış olduqdan sonra belə bir qərara gəldiyi bildirilib. 

Qeyd olunub ki, mərhum kraliça öz karyera yolunu seçsəydi, komik impressionist ola bilərdi.

Brendret bildirib ki, II Yelizaveta Formbi ilə İkinci Dünya Müharibəsi zamanı, aktyor Vindzor evinə gələn zaman tanış olub və o zaman komediya ustası onda xoş təəssürat yaradıb. 

Aynurə