Bu bölgəyə səfər edənlərə ŞAD XƏBƏR
    • 7-09-2023, 17:24
    • 133

Bu bölgəyə səfər edənlərə ŞAD XƏBƏR

"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 9 və 10 sentyabr tarixlərinə hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edib.

News24.az xəbər verir ki, saat 08:25-də qatar Bakıdan Ağstafa istiqamətinə, saat 17:10-da isə Ağstafadan Bakı istiqamətinə yola düşəcək.

"Bundan əlavə Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlarımız ənənəvi qrafiklə hər gün Bakıdan saat 08:45-də, Ağstafadan isə 18:15-də yola düşür", - məlumatda qeyd olunur.