-
- Bu gün, 19:00
- 193
Soğanın Faydaları
“Təbii antibiotik” kimi tanınan soğan bütün yeməklərə dad qatır. Bəs soğanın sağlamlığımız üçün faydalarını bilirsinizmi?
News24.az soğanın faydalarını təqdim edir:
1. İmmunitet yaradır
Vitaminlər, minerallar və liflə zəngin olması ilə yanaşı kalorisi az olan soğan, tərkibindəki yüksək C vitamini sayəsində immunitet sistemini gücləndirərək mikroblarla mübarizə aparır. O, həmçinin kollagen istehsalına, hüceyrələrin bərpasına və dəmirin udulmasına kömək edir. Xüsusən də yay aylarında pomidor, xiyar, bibər, cəfəri, nanə və soğanla hazırlanan salatlarla həm immun sistemini gücləndirmək, həm də çəkiyə nəzarət etmək olar.
2. Hüceyrələri qoruyur
Tərkibindəki C vitamini sayəsində təkcə immunitet sistemini gücləndirmir, həm də hüceyrələri sərbəst radikallar kimi tanınan molekulların vurduğu zərərlərdən qoruyur. B vitaminləri, o cümlədən B9 və B6 vitaminləri ilə zəngin olan soğan maddələr mübadiləsinin tənzimlənməsi, qırmızı qan hüceyrələrinin istehsalı və sinir sistemi üçün də vacibdir.
3. Ürək Xəstəlikləri Riskini Azaldır
Soğan tərkibindəki antioksidantlar və bədəndə iltihabla mübarizə aparan birləşmələr sayəsində trigliseridlərin səviyyəsini azaldır və xolesterini tənzimləyir. Beləliklə, ürək xəstəlikləri riskini azaldır. Həmçinin tərkibindəki komponentlər sayəsində yüksək təzyiq kimi xəstəliklərin qarşısını alır. O da məlumdur ki, sidikqovucu soğan bədəndən toksinləri çıxarır və qanı təmizləyir. Araşdırmalar göstərib ki, soğan koronar damarları genişləndirir və ürəyi gücləndirir.
4. Antioksidantlar anbarıdır
Antioksidantlar xərçəng, diabet və ürək xəstəlikləri kimi hüceyrələrə zərər verən xəstəliklərin qarşısını almağa kömək edən bir birləşmədir. Antioksidantlarla çox zəngin olan bu tərəvəzin tərkibində 25 müxtəlif növ flavonoid və antioksidant var. Ürək xəstəlikləri, xərçəng və şəkər xəstəliyinə qarşı qoruyucu təsiri olan antosiyaninlər xüsusilə qırmızı soğanda boldur. Araşdırmalar göstərib ki, qida rasionunda soğan və sarımsaq istehlak edən insanlar yumurtalıq, bağırsaq və qırtlaq kimi bəzi xərçəng növlərindən daha az əziyyət çəkirlər.
5. Qriplə Mübarizə Edərək Xəstələnməyinizin qarşısını alır
Tərkibindəki sulfosid və allisin sayəsində təbii antibiotik kimi fəaliyyət göstərir. Soyuqdəymə və boğaz ağrılarının qarşısını almaqla yanaşı, bədəndəki infeksiyalara və mikroblara qarşı döyüşçü kimi mübarizə aparır.
Ağa Dadaşzadə