Aİ-nin qapısı Gürcüstana açıqdır - Borrell
    • 8-09-2023, 00:33
    • 238

Aİ-nin qapısı Gürcüstana açıqdır - Borrell

Aİ-nin qapısı Gürcüstana açıqdır.

News24.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell bəyan edib. 

Rəsmi təmaslar üçün axşam saatlarında Gürcüstana gələn Borrell Tbilisi beynəlxalq hava limanında olub. Gürcüstanda onu xarici işlər naziri İlya Darçiaşvili qarşılayıb.

Daha sonra AB-nin Tiflis ofisinə gələn Borrell açıqlamasında Gürcüstanda ilk dəfə rəsmi təmasları olduğunu və sabah mühüm görüşlər keçirəcəyini bildirib.

Gürcüstanla inteqrasiya prosesinin davam etdiyini xatırladan Borrel qeyd edib ki, bir neçə həftə ərzində Gürcüstana “namizəd ölkə” statusunun verilməsi ilə bağlı müvafiq qiymətləndirmələr aparılacaq.

Gürcüstanın Aİ ilə inteqrasiya prosesini dəstəklədiklərini vurğulayan Borell deyib:

"Avropa Birliyinin qapısı Gürcüstanın üzünə açıqdır və Avropa İttifaqı Gürcüstanı Aİ-yə üzvlük yolunda dəstəkləməkdə qərarlıdır. Bizim qapılarımız açıqdır və bu yolda sizə dəstək olmaq istəyirik".

Borrell bəyan edib ki, Gürcüstana "namizəd ölkə" statusunun verilməsi üçün Tbilisi hökuməti Aİ-nin onlara çatdırdığı 12 bəndlik meyarlara cavab verməlidir və bu istiqamətdə mühüm işlər görülməlidir.

Günəş Mərd