"Lukaşenko rejiminin siyasi repressiyaları görünməmiş həddə çatıb" - Borrell
    • 18-01-2023, 14:01
    • 242

"Lukaşenko rejiminin siyasi repressiyaları görünməmiş həddə çatıb" - Borrell

"Lukaşenko rejiminin siyasi repressiyaları görünməmiş səviyyəyə çatıb".

News24.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell Belarusda Svetlana Tixanovskaya, Pavel Latuşko və Belarus müxalifətinin Koordinasiya Şurasının digər üzvləri ilə bağlı başlayan qiyabi məhkəmə prosesinə münasibət bildirərkən deyib. 

Borrel lxatırladıb ki, bu gün Belarusda 1440-dan çox siyasi məhbus var. Onun sözlərinə görə, rejim repressiv qanunlar tətbiq etməklə belarusların hüquq və azadlıqlarını, eləcə də Belarusun beynəlxalq öhdəliklərini pozur. "Aİ istənilən müstəqil səsi susdurmağa yönəlmiş bu qəddar repressiyaları və siyasi motivli məhkəmələri pisləyir", - deyə Cozep Borrell vurğulayıb.