İki motosiklet toqquşdu: Ölən və yaralananlar var
    • 8-09-2023, 09:10
    • 150

İki motosiklet toqquşdu: Ölən və yaralananlar var

Adananın Tufanbəyli ərazisində iki motosiklet toqquşub. 

News24.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb.

Xəsarət alan DB, CK və Ahmet Alperen Önal xəstəxanaya aparılıb.

Ahmet Alperen Önalın həyatını xilas etmək mümkün olmayıb.

Yaralıların həyati təhlükəsinin davam etdiyi bildirilir. 

Günəş Mərd