Dəhşətli qəza: 2 nəfər öldü, 5 nəfər yaralandı
    • 2-09-2023, 17:27
    • 211

Dəhşətli qəza: 2 nəfər öldü, 5 nəfər yaralandı

Türkiyənin Çorum vilayətində iki avtomobil toqquşub.

News24.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

SB-nin idarə etdiyi avtomobil Bayat-Ankara magistral yolunun Bayat Su Anbarı ərazisində EY-nin idarə etdiyi avtomobillə toqquşub.

Qəzada digər avtomobildə olan sürücü EY və EB həyatını itirib. 

Sürücü SB və 4 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya aparılıb.

Günəş Mərd