ABŞ-ın 85 hərbçisi ERMƏNİSTANA GƏLİR
    • 8-09-2023, 12:44
    • 100

ABŞ-ın 85 hərbçisi ERMƏNİSTANA GƏLİR

“11-20 sentyabr tarixlərində keçiriləcək təlimlərdə 85 ABŞ və 175 erməni hərbçisi iştirak edəcək. Təlimlərə ABŞ-ın 101-ci hava-desant diviziyasının 1-ci briqadasının və Ermənistanın 20 ildən artıq əməkdaşlıq proqramına malik olduğu Kanzas Milli Qvardiyasının hərbçiləri qatılacaq”.

News24.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa və Afrikadakı Komandanlığından məlumat verilib.

Komandanlığın məlumatında qeyd olunub ki, Ermənistanda keçiriləcək “Qartal tərəfdaşı 2023” adlı birgə təlimdə 85 ABŞ hərbçisi iştirak edəcək.

 Ayşən