Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcək
    • 21-08-2021, 18:30
    • 411

Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcək

Azərbaycan Ordusunun hərbçiləri Türkiyədə təlimdə iştirak edəcək.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat yayılıb.

Bildirilib ki, “Qardaş briqada layihəsi” çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Geliboluya gəlib.

““İki dövlət, bir millət” anlayışı ilə tək yumruq olmağa davam edirik”, - deyə məlumatda qeyd olunub.