-
- 8-09-2023, 13:50
- 388
Xankəndidə ermənilər bir-birinə "GİRƏCƏK"
“Xankəndidə daxili siyasi vəziyyət gərgin olaraq qalır. Bütün “siyasi qüvvələr” təngnəfəsliklə “prezidentliyə” namizədin “seçilməsini” gözləyir. Lakin onlar hələ də “seçkinin” keçəcəyinə əmin deyillər, çünki indi də Samvel Babayan vəziyyətdən istifadə etmək istəyir”.
News24.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti yazıb.
Nəşr qeyd edir ki, Babayan özü olmasa da, komanda yoldaşları vasitəsilə təxribatlar təşkil edəcək.
“Həmin gün Babayan və qrupların sürpriz hərəkətləri istisna deyil”,- məlumatda bildirilib.
Qeyd edək ki, Xankəndidəki separatçıların rəhbərlərindən biri Tiqran Petrosyan da dünən bildirib ki, Samvel Şahramanyan “seçilərsə”, qan töküləcək. O, Babayanın sakit dayanmayacağını, qarşıdurma yaradacağını bildirib və qeyd edib ki, erməni əhalisi də Babayanı dəstəkləyəcək.
Ayşən