"Ermənistan bütün razılaşmalara zərbə vurur" - XİN
    • 8-09-2023, 17:29
    • 224

"Ermənistan bütün razılaşmalara zərbə vurur" - XİN

Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və ya BQXK kimi müxtəlif beynəlxalq aktorlar vasitəsilə aparılan bütün qarşılıqlı təmaslar zamanı Ermənistan real danışıqlardan yayınır.

News24.az xəbər verir ki, bu barədə XİN-in diplomatik korpus üçün bölgədəki vəziyyətlə əlaqədar keçirdiyi brifinqdə bildirilib.

Qeyd edilib ki, Ermənistan qeyri-səmimi davranış sərgiləyir və öncədən əldə edilmiş bütün razılaşmalar və qarşılıqlı anlaşmalara zərbə vurur.