Ermənistan rəhbərliyinin təhrikçi əməlləri münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vurur
    • 21-09-2020, 15:05
    • 716

Ermənistan rəhbərliyinin təhrikçi əməlləri münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vurur

“Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və əməlləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə zərbə vurur”.

News24.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

O sentyabrın 21-də Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Oleq Tulea telefon danışığı zamanı həmkarına Ermənistanın bölgədə gərginliyi artıran son təxribatçı fəaliyyəti, o cümlədən Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və əməlləri barədə ətraflı məlumat verib, bu kimi fəaliyyətin münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vurduğunu qeyd edib. Bu gün də iki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycanlı hərbi qulluqçunun şəhid olduğunu bildirən nazir, bu cinayətin bütün məsuliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.