İsrail koronavirusa qarşı peyvənd hazırlayıb
    • 13-03-2020, 01:00
    • 1 115

İsrail koronavirusa qarşı peyvənd hazırlayıb

İsrailli alimlər koronavirusa qarşı peyvənd hazırlayıblar.


News24.az yerli mediaya istinadən xəbər verir ki ki, bu barədə İsrailin Haaretz qəzetində məlumat yayılıb.


Məlumata görə, İsrailin Bioloji Tədqiqatlar İnstitutunun tədqiqatçıları koronovirusa qarşı peyvənd hazırlamaq üçün çalışırlar və bu yaxınlarda bu barədə geniş açıqlama verəcəklər. Səhiyyə Nazirliyinin rəsmilərinin açıqlamasında xəbərdə mütəxəssislərin virusun bioloji mexanizmini anlamaqda "əhəmiyyətli bir irəliləyiş" etdiklərini və bir neçə gün ərzində virusa qarşı peyvəndin adını açıqlayacaqlarını iddia ediblər.


Qeyd edək ki, hal-hazırda İsraildə koronavirusa yoluxanların sayının 97 nəfərdir.