-
- 9-09-2023, 11:56
- 212
Məşhur dələduza 11 min 196 il həbs verildi
“Thodex” kriptovalyuta birjasının qurucusu Faruk Fatih Özer 11 min 196 il müddətinə azadlıqdan məhrum edilib.
News24.az xəbər verir ki, Prokuror, Albaniya Ədliyyə Nazirliyi tərəfindən ekstradisiya edildikdən sonra Türkiyədə həbs edilən Özer də daxil olmaqla, 7-si saxlanılan 21 müttəhimin dələduzluq maddəsi ilə mühakimə olunduğu işin mahiyyəti ilə bağlı fikirlərini açıqlayıb.
Prokurorun 22 səhifəlik rəyində 14 sentyabr 2017-ci ildə qurulan "Thodex"-in sərmayəsinin 400 min lirə olduğu və şirkətin ən başından etibarən qurulduğu anlaşıldığı ifadə edilib. Məhkəmə heyəti təqsirləndirilənlər Faruk Fatih Özer, Güvən Özer və Serap Özerə ayrı-ayrılıqda 8 milyard 871 milyon 675 min lirə olmaqla, ümumilikdə 26 milyard 615 milyon 25 min lirə məhkəmə cəriməsi kəsib. Komitə təyin olunan cərimələrin bir hissəsinin 24 aylıq hissələrlə ödənilməsinə qərar verib.
Qeyd edək ki, Özer 2021-ci ilin aprel ayının əvvəlində - “Thodex” platformasının müştərilər üçün bütün əməliyyatları dayandırmasının ertəsi günü Türkiyədən qaçıb. Ticarət platformasının 400 min istifadəçisinə dəyən zərərin məbləği 2-10 milyard dollar qiymətləndirilir.
Aydan