-
- 9-09-2023, 16:10
- 2 097
Xankəndidə vəziyyət QARIŞDI
Xankəndidə xunta rejiminin təxribatçı “seçki” oyunu başlayıb.
News24.az “Ölkə.Az”a istinadla xəbər verir ki, Xankəndidə yaşayan ermənilərin heç də hamısı bu təxribatçı “seçki”ni qəbul etmir və buna etiraz olaraq küçəyə çıxıblar.
500-dən artıq insanın toplaşdığı meydanda Samvel Babayanla Hayk Xanumyan da var. Erməni politoloq və ekspertlərin fikrincə, Xankəndidə yaranmış bu fikir ayrılıqları daha da qızışarsa, ermənilər arasında toqquşma qaçılmaz olacaq.