-
- 13-03-2019, 15:28
- 1 013
Azercell uğurlu karyera qurmaqda yardımçı olur
Fəaliyyəti boyunca daim tələbələrə dəstək olmaq məqsədilə müxtəlif proqramlar keçirən və karyera sərgilərində iştirak edən “Azercell Telekom” MMC növbəti dəfə tələbələ uğurlu karyera qurmaqda yardımçı olub.
News24.Az xəbər verir ki, şirkət Bakı Ali Neft Məktəbi (BANM) və ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzinin birgə təşkil etdiyi 2-ci “Karyera sərgisi”ndə iştirak edib.
Əmək bazarında fəaliyyət göstərən aparıcı qurumların və yüzlərlə gəncin qatıldığı sərgidə Azercell-in İnsan Qaynaqları departamentinin mütəxəssisləri işə qəbul olmaq istəyən məzun və tələbələrin suallarını cavablayıb, şirkətdə mövcud olan vakansiyalar, xüsusi olaraq tələbələr üçün keçirilən Tələbə Təqaüd Proqramı və Təcrübə Proqramları barədə geniş məlumat təqdim ediblər.
Qeyd edək ki, sərginin əsas məqsədi savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən gənclərin işlə təmin olunmalarına dəstək göstərmək, onlara müəssisələrdə mövcud iş vakansiyaları ilə yaxından tanış olmaq üçün şərait yaratmaqdır.
Nigar Məmmədli