Azərbaycan bu ölkəyə pambıq mahlıcı tədarük etməyə başladı
İqtisadiyyat
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 141,3 milyon ABŞ dolları dəyərində 96 min 283 ton pambıq mahlıcı ixrac edib.
News24.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin rəsmi saytında məlumat dərc olunub. Məlumata görə, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 10 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyəyə 133,7 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstərici ilə müqayisədə 0,1 % çox) 91 min 817 ton (+0,4 %), Türkmənistana 3,9 milyon ABŞ dolları dəyərində (-80 %) 1 min 988 ton (-80 %), Rusiyaya 1,9 milyon ABŞ dolları dəyərində (-38 %) 1 min 263 ton (-37 %), İrana 1,7 milyon ABŞ dolları dəyərində (-54 %) 1 min 112 ton (-58 %) və Bolqarıstana 138 min ABŞ dolları dəyərində 101,2 ton məhsul göndərib.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bolqarıstana tədarük həyata keçirilib.