-
- 10-09-2023, 09:57
- 254
Pakistan XİN Qarabağdakı "seçkilər"i pislədi
Pakistanın Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsindəki seçkiləri pisləyib.
News24.az xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilib.
“Pakistan Qarabağı Azərbaycan Respublikasının suveren ərazisi hesab edir və qeyri-qanuni qurulmuş rejimin qondarma "seçkilər" keçirmək cəhdi hüquqi və mənəvi cəhətdən qınanır. Belə cəhd həm də BMT Nizamnaməsinin və mövcud beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır”, - məlumatda qeyd olunub.