-
- 9-09-2023, 16:10
- 241
Ukrayna Qarabağdakı qondarma seçkiləri PİSLƏDİ
Ukrayna Xarici İşlər Nazirliyi sentyabrın 9-da Azərbaycanın Qarabağ ərazisində keçirilmiş qondarma “prezident seçkiləri”ni pisləyib.
News24.az xəbər verir ki, bu barədə bəyanat Ukrayna XİN-nin saytında yerləşdirilib.
Qeyd edilib ki, bu qondarma “prezident seçkiləri”nin keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və nəticələri etibarsızdır: “Ukrayna bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirir”.