Şarl Mişel Ərdoğanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi
    • 10-09-2023, 18:06
    • 306

Şarl Mişel Ərdoğanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Hindistanda keçirilən görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib.

News24.az xəbər verir ki, Şarl Mişel bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"G-20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüm. Görüşdə Avropa İttifaqı - Türkiyə münasibətlərinin tam spektri, Qara Dəniz Taxıl Təşəbbüsü və regional vəziyyət, xüsusilə Ermənistan-Azərbaycan münasibətləri müzakirə edildi", -deyə Şarl Mişel yazıb.