Ronaldodan zəlzələdən zərər çəkənlərə jest
    • 10-09-2023, 21:20
    • 317

Ronaldodan zəlzələdən zərər çəkənlərə jest

Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kristian Ronaldonun Mərakeşdə yerləşən oteli ölkədə baş verən zəlzələdən zərər çəkənləri qəbul edib.

News24.az Axar.az-a istinadən xəbər verir ki, 38 yaşlı ulduz futbolçu "Pestana CR7 Marrakech" adlı 4 ulduzlu oteli Mərakeşdə yerləşir. Oteldə fitness mərkəzi, restoran və açıq hovuz da var. Otel ötən gün baş vermiş güclü zəlzələdən sonra zərər görənləri təmannasız olaraq qəbul edib.

Xatırladaq ki, Mərakeşdə dağıdıcı zəlzələ nəticəsində 2000-dən çox insan həlak olub, yüzlərlə insan yaralanıb.