Azərbaycan Rusiya elektrik enerjisini Ermənistana VERƏCƏK
    • 11-09-2023, 10:54
    • 573

Azərbaycan Rusiya elektrik enerjisini Ermənistana VERƏCƏK

Moskva 300 MVt elektrik enerjisini Azərbaycan ərazisi ilə Ermənistana, oradan isə İrana və digər ölkələrə çatdırmaq imkanını nəzərdən keçirir. 

News24.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində Rusiyanın energetika naziri Nikolay Şulqinov deyib.

“İndi biz Azərbaycan ərazisi ilə Ermənistana, oradan İrana və ola bilsin ki, digər ölkələrə də elektrik enerjisinin çatdırılması imkanlarını nəzərdən keçiririk. Birinci mərhələdə biz Tehran və Bakı ilə razılaşırıq ki, yeni tikinti aparılmadan mövcud infrastrukturdan istifadə etsinlər”, - nazir bildirib.

Şulqinovun sözlərinə görə, layihənin bütün iştirakçıları bu məsələdə maraqlıdırlar.

Akqabay